“Skilling Open”in finalında Maqnus Karlsen və Uesli So növbəti oyunda mübarizə aparacaqlar | |
Noyabrın 30-da “Skilling Open” onlayn şahmat superturnirinin final oyununun ikinci matçı keçiriləcək. Həlledici mərhələdə norveçli dünya çempionu Maqnus Karlsen və amerikalı Uesli So mübarizə aparacaqlar. Final çərçivəsində şahmatçıların birinci matçı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, yarışa qatılan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dörddəbir finalda çıxışını dayandırıb. |
|
Xəbər 463 dəfə oxundu. |
|
|