Məşhur futbolçu Qabi karyerasını bitirib | |
İspaniyanın “Atletiko” klubunun sabiq futbolçusu Qabi karyerasını bitirib. Yarımmüdafiəçi 37 yaşında futbolla vidalaşıb. İspaniyalı oyunçu son olaraq Qətərin “Əl-Sədd” komandasının formasını geyinib. Onun “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi olacağı gözlənilir. Qeyd edək ki, Qabi 2004-2007-ci və 2011-2018-ci illərdə “Atletiko”nun formasını geyinib. Madrid təmsilçisinin yetirməsi olan oyunçu İspaniya La Liqasının, ölkə kubokunun və iki dəfə Avropa Liqasının qalibi olub. |
|
Xəbər 413 dəfə oxundu. |
|
|