Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin iki iştirakçısı bəlli olub | |
Noyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib. E qrupunda İngiltərənin "Çelsi" klubu Fransanın "Renn" komandasını, İspaniyanın "Sevilya" klubu isə Rusiyada "Krasnodar"ı 2:1 hesabı ilə məğlub edib. Qazanılan qələbədən sonra "Çelsi" və "Sevilya" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vaxtından əvvəl vəsiqə qazanıblar. Bu nəticədən sonra "Çelsi" və "Sevilya"nın 10 xalı var. "Krasnodar" və "Renn" isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər. |
|
Xəbər 543 dəfə oxundu. |
|
|