AFFA iki klubu cərimələyib | |
AFFA İntizam Komitəsi iki klubu cərimələyib. “Sumqayıt” və “Zirə” klubları 800 manat məbləğində cərimələnib. “Sumqayıt” komandası Premyer Liqanın X turunda səfərdə “Qarabağ”a 1:6 hesabı ilə uduzduğu matçda 4 futbolçusu sarı vərəqə alıb. Komitə “Zirə” klubuna da eyni cəzanı verib. Qəsəbə təmsilçisinin 4 oyunçusu “Keşlə”yə evdə 3:1 hesabı ilə qalib gəldikləri matçda sarı vərəqə alıb. |
|
Xəbər 411 dəfə oxundu. |
|
|