“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb | |
“Qarabağ” klubu Premyer Liqada ardıcıl 3-cü dəfə bir oyunda 6 qol vurub. VIII turda “Keşlə”ni 6:1, IX turda “Neftçi”ni 6:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə “Sumqayıt”la görüşdə məhsuldarlıq nümayiş etdirib – 6:1. Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatları tarixində ilkə imza atıblar. 1992-ci ildən keçirilən yarışda indiyədək heç bir klub ardıcıl 3 görüşdə 6 və ya daha çox qol vurmayıb. Beş dəfə eyni komanda ardıcıl iki matçda bunu bacarsa da, seriyanı 3-ə çatdıra bilməyib. “Neftçi” iki, “Viləş” və Sumqayıt “Xəzər”i bir dəfə 1992-ci ildə belə məhsuldarlıq göstərib. Sonuncu belə hadisə 2004/2005-ci il mövsümünün ikinci yarısına təsadüf olunub. “Bakı” “Göyəzən”i 6:0, “Bakılı”nı 7:2 hesabı ilə üstələyib. |
|
Xəbər 468 dəfə oxundu. |
|
|