“Atletiko Madrid” klubu “Barselona”dan üstün olub | |
Noyabrın 21-də futbol üzrə İspaniya La Liqasının 10-cu turun mərkəzi qarşılaşması keçirilib. “Vanda Metropolitano” stadionunda iki əzəli rəqib “Atletiko Madrid” və “Barselona” komandaları üz-üzə gəlib. Gərgin keçən görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb - 1:0. Oyunda yeganə qolun müəllifi 45-ci dəqiqədə Yannik Korrasko olub. Bu qələbədən sonra “Atletiko Madrid” 20 xalla ikinci pilləyə yüksəlib. “Barselona” isə 11 xalla 10-cu yerdə qərarlaşıb. |
|
Xəbər 422 dəfə oxundu. |
|
|