“Real Madrid”in hücumçusu koronavirusa yoluxub | |
İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Luka Yoviç koronavirusa yoluxub. Serbiya millisinin düşərgəsindən qayıtdıqdan sonra onun koronavirus testi müsbət çıxıb. L.Yoviç UEFA Millətlər Liqasında Rusiyaya qarşı matçda (5:0) dubl edib. Xatırladaq ki, 22 yaşlı hücumçu 2019-cu ilin iyulundan Madrid klubunda oynayır. |
|
Xəbər 463 dəfə oxundu. |
|
|