Lüksemburq Futbol Federasiyası cərimələnib
Lüksemburq Futbol Federasiyası Millətlər Liqasında Azərbaycanla oyunu ərəfəsində UEFA tərəfindən cərimələnib.

Rəqib komandanın cəzalandırılmasının səbəbi koronavirusla bağlı təhlükəsizlik qaydalarına tam əməl etməməsidir. Belə ki, komandanın Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Kiprlə qarşılaşması zamanı (2:0) tribunalara məhdud sayda azarkeş buraxılsa da, maska taxmaq və sosial məsafə saxlamaq qaydalarına tam əməl edilməyib. Bu səbəbdən UEFA federasiyanı 5000 min avro məbləğində cərimə edib.
Qeyd edək ki, Lüksemburq-Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


Xəbər 377 dəfə oxundu.