BOK Tokio Olimpiadasında mübarizə aparacaq idmançıların koronavirus peyvəndi ilə təmin edilməsinə səy göstərəcək | |
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2021-ci ildə Tokio Olimpiadasında mübarizə aparacaq idmançıların koronavirus peyvəndi ilə təmin edilməsinə səy göstərəcək. Bu barədə BOK prezidenti Tomas Bax Tokio qubernatoru Yuriko Koike ilə görüşündə söyləyib. O, qeyd edib ki, əgər peyvənd hazırlanarsa və onun tədarükü başlasa, MOK öz növbəsində, peyvənddən sonra mümkün qədər çox xarici idmançının Yaponiyaya gəlməsini təmin etmək üçün hər cür səy göstərəcək. Xatırladaq ki, Tokio Olimpiadası bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı bir il müddətinə təxirə salınıb. Buna baxmayaraq, həmin Oyunlar “Tokio-2020” adı ilə keçiriləcək. Tokio Oyunlarının təşkilat komitəsinin iyunda qəbul etdiyi qərara görə, gələn il yarışlar üç əsas prinsipə uyğun olaraq təşkil ediləcək: təhlükəsiz şəraitin yaradılması, xərclərin minimuma endirilməsi və Oyunların formatının sadələşdirilməsi. |
|
Xəbər 447 dəfə oxundu. |
|
|