Məhəmməd Salah koronavirusa yoluxub | |
Futbol üzrə Misir millisinin və İngiltərənin “Liverpul” futbol klubunun hücumçusu Məhəmməd Salah koronavirusa yoluxub. 28 yaşlı hücumçunun koronavirus testi müsbət çıxıb. Onun karantinə alındığı və yaxın günlərdə yenidən koronavirus testindən keçəcəyi bildirilib. Qeyd edək ki, M.Salah cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi 8 matçda 8 qolun müəllifi olub. |
|
Xəbər 497 dəfə oxundu. |
|
|