Robert Levandovski 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib | |
İngiltərənin məşhur “Goal.com” saytının keçirdiyi sorğuya əsasən Robert Levandovski 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib. Media nümayəndələri arasında keçirilən sorğuda ikinci pillədə “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne qərarlaşıb. İlk beşliyi Lionel Messi, Neymar və Kriştiano Ronaldo tamamlayıblar. PSJ-nin hücumçusu Kilyan Mbappe altıncı yerlə kifayətlənib. Vircil Van Dayk, Kərim Benzema, Tomas Müller və Sadio Mane isə ən yaxşların ilk onluğunda qərarlaşıblar. |
|
Xəbər 442 dəfə oxundu. |
|
|