“Kayrat” klubu üçüncü dəfə Qazaxıstan çempionu olub | |
“Kayrat” komandası vaxtından əvvəl futbol üzrə Qazaxıstan çempionu olub. Komanda Qazaxıstan çempionatının XVII turunda “Ordabası” klubu ilə üz-üzə gəlib. Qarşılaşma “Kayrat”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra “Kayrat” 2004-cü ildən bəri ilk dəfə ölkə çempionu olub. Komanda 17 turdan sonra 44 xal toplayıb, ikinci sırada qərarlaşan və iki oyun az keçirən “Astana” klubunun hesabında 27 xalı var. Çempionatda ümumilikdə 11 komanda mübarizə aparır. Qeyd edək ki, bu, “Kayrat”ın üçüncü çempionluğudur. Almatı komandası ilk dəfə 1992-ci ildə qızıl medala yiyələnib. |
|
Xəbər 462 dəfə oxundu. |
|
|