Ralli üzrə dünya çempionatının Belçika mərhələsi ləğv edilib
Ralli üzrə dünya çempionatının (WRC) təşkilatçıları 2020-ci il mövsümünün sonuncudan əvvəlki mərhələsinin ləğv olunduğunu elan ediblər.

Bu qərar Belçikada COVID-19 infeksiyasının artması ilə əlaqədar qəbul edilib.

Beləliklə, WRC mövsümünün bitməsinə yalnız bir yarış qalıb. Bu, dekabrın əvvəlində keçiriləcək Monza rallisidir.

Mövsümün sonuncu yarışında çempionluq uğrunda dörd namizəd - “Toyota Gazoo Racing”in pilotları Elfin Evans (111 xal), Sebastien Ogier (97 xal) və “Hyundai Shell Mobis”in sürücüləri Terri Nevill (87 xal) və Ott Tianak (83 xal) mübarizə aparacaqlar.

Xəbər 484 dəfə oxundu.