Azərbaycanlı hakim “Uraloçka”-“Nant” oyununa təyinat alıb | |
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Həmyerlimiz Çempionlar Liqasında qadın voleybolçuların yarışlarının “B” qrupunda mübarizə aparan Rusiyanın “Uraloçka” və Fransanın “Nant” komandaları arasında keçiriləcək görüşü idarə edəcək. Qrup mərhələsinin ikinci turunun oyunları çərçivəsində noyabrın 24-də Rusiyanın Nijnıy Taqıl şəhərində təşkil olunacaq matçda E.Zülfüqarov ikinci hakim olacaq. Matçı belçikalı baş hakim Mari-Katerin Bulanje idarə edəcək. Qeyd edək ki, “B” qrupunda “Uraloçka”, “Nant” ilə yanaşı, Türkiyənin “Fənərbağça” və İtaliyanın “Konelyano” klubları mübarizə aparacaq. Bu qrupun oyunlarına noyabrın 10-da start veriləcək. |
|
Xəbər 480 dəfə oxundu. |
|
|