Azərbaycan boksçuları Türkiyədə təlim-məşq toplanışında iştirak edirlər | |
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşqləri davam etdirir. Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma Olimpiya təsnifat turnirləri üçün təlim-məşq toplanışını Kastamonuda keçirir. Məşqçilər korpusu hazırlıq çərçivəsində 15 boksçunu yoxlayır. Noyabrın 16-da bitəcək toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə təşkil olunur. Qeyd edək ki, “Tokio-2020”-yə millimizin heyətində hələlik Tayfur Əliyev (57 kq) vəsiqə qazanıb. |
|
Xəbər 474 dəfə oxundu. |
|
|