“Neftçi”nin futbolçusu Mamadu Kane ilk dəfə Qvineya yığmasına çağırılıb | |
Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya millisinin heyəti açıqlanıb. Milliyə dəvət alan 22 futbolçu arasında “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane də var. 2018-ci ildən flaqmanın formasını geyinən 23 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasına çağırılıb. Qeyd edək ki, Qvineya Çad millisi ilə 2 oyun (11-15 noyabr) keçirəcək. |
|
Xəbər 407 dəfə oxundu. |
|
|