Azərbaycan-Monteneqro oyunu Xorvatiyada keçiriləcək | |
UEFA Millətlər Liqasının beşinci turu çərçivəsində keçiriləcək Azərbaycan-Monteneqro oyununun məkanı bəlli olub. Matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki “Maksimir” stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda təşkil olunacaq. Canni de Byazinin yetirmələri oktyabrın 13-də Kiprlə ev matçını (0:0) Albaniyanın Elbasan şəhərində keçirib. |
|
Xəbər 439 dəfə oxundu. |
|
|