“Qəbələ” klubu 8 illik rekordu təkrarlayıb
“Qəbələ” futbol klubu Azərbaycan Premyer Liqasının ilk dövrəsində hamıdan çox – 5 heç-heçə edib.

İlk 7 turda bu qədər bərabərliyin qeydə alınması ölkə çempionatları tarixinin rekordunun təkrarıdır. Bunadək 4 komanda startda belə sülhsevərlik nümayiş etdirib. İlk olaraq 1993/1994-cü il mövsümündə “Neftçi” yarışın başlanğıcında 7 oyunundan beşində 1 xal əldə edib. 2006/2007-ci il mövsümündə eyni göstəriciyə “Qarabağ” imza atıb. Dörd il sonra “Kəpəz” də startda 5 bərabərlik müəllifi olub. “Qəbələ”dən əvvəl son belə komanda “Bakı” olub. Səkkiz il əvvəl -2012/2013-cü il mövsümündə “zolaqlılar” ilk 7 matçda 5 dəfə heç-heçə edib.

Qeyd edək ki, “Qəbələ” 7 oyunda 5 heç-heçə edib və 2 dəfə məğlub olub.

Xəbər 489 dəfə oxundu.