Türkiyə Superliqası: “Qalatasaray” və “Başakşəhər” altıncı turda növbəti qələbələrini qazanıblar
Oktyabrın 24-də futbol üzrə Türkiyə çempionatının altıncı turunun ikinci gününün qarşılaşmasında son çempion “Başakşəhər” öz meydanında “Antalyaspor”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi rəqibini 5:1 hesabı ilə darmadağın edib. “Başakşəhər”in heyətində Edin Viska (11, 23), İrfan Kahveci (27), Enzo Krivelli (35) və Guiliano (84) fərqlənib. Antalya klubunun yeganə qolunu isə Lukas Podolski vurub.

Günün digər matçında “Qalatasaray” səfərdə “Ərzurumspor”un qonağı olub. Bu oyunda qonaqlar rəqibini 2:1 hesabı ilə məğlub ediblər. Digər görüşdə isə “Qaziantep” doğma divarlar arasında “Konyaspor”u minimal hesabla üstələyib.

Turun digər oyunları aşağıdakılardır:

“Yeni Malatyaspor” - “Gənclərbirliyi”

“Alanyaspor” – “Fatih Karagümrük”

“Fənərbağça” – “Trabzonspor”

“Dənizlispor” – “Beşiktaş”

“Sivasspor” – “Rizəspor”

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda “Kayserispor” istirahət edir.

Hazırda çempionatın turnir cədvəlinə 13 xalla “Alanyaspor” başçılıq edir. Ondan iki xal geri qalan “Fənərbağça” ikinci, 10 xala malik “Qalatasaray” isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 454 dəfə oxundu.