“Böyük Dəbilqə”nin qalibi mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm.

Bu sözləri Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində böyük uğura imza ataraq qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

O qeyd edib ki, qazandığı mükafatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək: “Burada qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəyəm. Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, R.Orucov “Böyük dəbilqə” turnirində finala qədər Monqolustan, Bolqarıstan, Rusiya və İsveç təmsilçiləri üzərində inamlı qələbə qazanıb. Finalda İsveçrə təmsilçisini məğlub edən Olimpiya mükafatçısı qürurla əsgər salamı verib.

Xəbər 509 dəfə oxundu.