“Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir | |
“Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. İdman.com.az saytının məlumatına görə, Türkiyənin tanınmış “Anadalu Ajansı” komandanın düşərgəsində olub və baş məşqçisi Qurban Qurbanovdan müsahibə alıb. Çalışıdırıcı hazırlığın ümumi gedişindən, qarşıdan gələn çempionatdakı hədəfləriylə yanaşı Türkiyə futbolu ilə bağlı sualları da cavablandırıb. Qardaş ölkə futbolunu yaxından izlədiyini, maraqlandığını və azərbaycanlı futbolçuların yaxın 3-4 ildə Superliqada çıxış edə biləcəyini vurğulayıb. Qurbanov Türkiyə futbolunda kimi bəyəndiyini açıqlamasa da bir neçə futbolçunun çıxışını xoşladığını ifadə edib. Apasport.az |
|
Xəbər 988 dəfə oxundu. |
|
|