Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb | |
Məktəblilər arasında şahmat üzrə onlayn dünya çempionatında ilk mükafatçılar müəyyənləşib. U-14 yaş kateqoriyasında çıxış edən təmsilçimiz Riad Səmədov mükafatçılar sırasında yer alıb. İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 7 xal qazanan idmançımız ikinci olub. Təmsilçimiz dünya çempionu olan iranlı Məhəmməd Cavad Xorşidi Paci ilə eyni xal toplayıb. Ancaq əlavə göstəricilər İran şahmatçısına qızıl medal qazandırıb. |
|
Xəbər 426 dəfə oxundu. |
|
|