“Universiada-2023”ün iştirakçıları Rusiyaya vizasız daxil ola biləcəklər
Yekaterinburqda keçiriləcək “Universiada-2023”ün iştirakçıları Rusiyaya vizasız daxil ola biləcəklər.

Bu barədə hüquqi məlumat portalında yayımlanan hökumət sənədində bildirilir. Sənədi Rusiyanın Baş Naziri Mixail Mişustin imzalayıb.

Universiadanın Yekaterinburqda keçirilməsi ilə bağlı qərar 2019-cu il iyulun 2-də Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi tərəfindən verilib.

Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Universiada 2023-cü il avqustun 8-19-da keçiriləcək.

Xəbər 644 dəfə oxundu.