Tayson Fyuri Deontey Vaylder ilə üçüncü döyüşdən imtina edib | |
Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri amerikalı Deontey Vaylder ilə üçüncü döyüşdən imtina edib. T.Fyuri bu qərarı təşkilatçıların 2020-ci ildə döyüş tarixini təsdiqləyə bilməməsi səbəbindən verdiyini bildirib: “Dekabrın 19-da döyüşməyə razılaşdım. Sonra yenə də döyüşü təxirə salmağa çalışdılar. Məşq edirəm və tam hazır vəziyyətdəyəm”. Boksçular əvvəlcə iyulun 18-də görüşməli idilər, lakin koronavirus pandemiyası səbəbindən döyüş dekabrın 19-na təxirə salınmışdı. Xatırladaq ki, tərəflər arasında 2018-ci ilin dekabrında keçirilən ilk döyüşdə qalib müəyyənləşməyib. Bu il fevralın 22-də ikinci görüşdə isə T.Fyuri rəqibini nokautla məğlub edərək WBC (Dünya Boks Şurası) kəmərinə yiyələnib. |
|
Xəbər 481 dəfə oxundu. |
|
|