Bakının “İnter” klubu daha 1 futbolçu ilə yollarını ayırıb
Bakının “İnter” klubu daha 1 futbolçu ilə yollarını ayırıb. İdman.com.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Sumqayıt” klubundan transfer etdiyi gənc futbolçusu Ramil Həşimzadədən imtina edib.

"İnter"in hər iki təlim-məşq toplanışında iştirak etmiş Ramil yenidən keçmiş klubuna qayıdıb. Əsas heyətə düşmək şansı az olan futbolçu ilə qarşılıqlı razılıq əsasında müqavilə ləğv olundu.

Qeyd edək ki, “İnter” bunadək Enyo Krastovçev, Girts Karlson, Branislav Çervenka, Peter Xrappan, Danildo Assioli, Xəyal Mustafayev, Anar Məhərrəmov, Səlahət Ağayev, Elnur Abdulov, Əziz Quliyevlə də yollarını ayırmışdı.

Xəbər 960 dəfə oxundu.