FIFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının üzvlüyünü müvəqqəti dayandırıb | |
FIFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) üzvlüyünü müvəqqəti dayandırıb. Buna TTFA-nın ali futbol qurumunun nizamnaməsini pozması səbəb olub. FIFA Şurası əvvəllər assosiasiyanın işini normallaşdırmaq üçün komitə yaradıb, lakin qarşı tərəf yerli məhkəməyə şikayət etmək qərarına gəlib. Bu isə FIFA-nın qaydalarına ziddir. Qadağa bütün pozuntular aradan qaldırıldıqdan sonra və FIFA üzvü kimi öhdəliklər tam yerinə yetirildikdə götürüləcək. |
|
Xəbər 491 dəfə oxundu. |
|
|