Tədqiqatçı alim Dilqəm Quliyevin yeni kitabı işıq üzü görüb
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin yeni kitabı işıq üzü görüb. İdman sahəsində tədqiqat aparan professorun yeni kitabı AVTOREFERAT (ADBTİA-nın əməkdaşlarının bədən tərbiyəsi və idman üzrə müdafiə etmiş dissertasiya işlərinin biblioqrafiyası 1948-2018-ci illər) adlanır.

Kitaba siyahı hazırlanarkən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun kitabxanalarından, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının internet səhifəsindən və Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Qasım oğlu Quliyevin şəxsi arxiv materiallarından istifadə edilib.

Xəbər 687 dəfə oxundu.