Yaponiyanın Baş Naziri və BOK prezidenti Tokio Olimpiadasında təhlükəsizliyin təmin olunması barədə razılığa gəliblər | |
Yaponiyanın Baş Naziri Yoşihide Suqa və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax gələn il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında təhlükəsizliyin təmin olunması üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər. Bu barədə razılıq Yoşihide Suqanın Tomas Bax ilə təqribən 15 dəqiqə davam etmiş telefon danışığı zamanı əldə edilib. Qeyd edək ki, bu, ötən həftə Y.Suqa Yaponiyanın Baş Naziri təsdiq edildikdən sonra tərəflər arasında baş tutan ilk təmasdır. Danışıqlarda Yaponiyanın Olimpiya və Paralimpiya Oyunlarının təşkili üzrə naziri xanım Haşimoto Seyko da iştirak edib. H.Seyko bildirib ki, əvvəlcə T.Bax Y.Suqanı yeni vəzifəyə təsdiq olunması münasibətilə təbrik edib. Bundan sonra tərəflər arasında danışıqlar müsbət məcrada davam edib. Nazir qeyd edib ki, iştirakçılar koronavirus probleminin həlli və Oyunların gələn il uğurla keçirilməsi üçün mümkün olan bütün addımları atmaq barədə razılığa gəliblər. |
|
Xəbər 487 dəfə oxundu. |
|
|