“Tokio-2020”: idmançılar Yaponiyaya gəldikdən və bu ölkəni tərk etməzdən qabaq koronavirus testindən keçəcəklər | |
“Tokio-2020” Olimpiadasında iştirak edəcək idmançılar Yaponiyaya gəldikdən sonra və oyunların sonunda ölkəni tərk etməzdən əvvəl koronavirus testindən keçəcəklər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda Olimpiada zamanı idmançıların yarışların keçiriləcəyi obyektlər arasında xüsusi maşınlarla hərəkət edəcəkləri də vurğulanıb. Yapon idmançılarının da digər ölkələrin idmançıları ilə eyni qaydalara tabe olacağı bildirilib. Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən Olimpiada bir il təxirə salınıb və 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır. |
|
Xəbər 488 dəfə oxundu. |
|
|