Xüsusi olimpiyaçılar arasında badminton yarışları keçirilib
Sentyabrın 21-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksində açıq havada oğlanlar və qızlar arasında təşkil edilən yarışda ümumilikdə 80-dən çox badmintonçu iştirak edib. Xüsusi, yardımçı məktəb və internatların, eləcə də autizm təşkilatlarının təmsilçilərinin mübarizə apardığı turnirdə qaliblər müəyyənləşib. Sonda yekun nəticəyə görə fərqlənənlər mükafatlandırılıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 542 dəfə oxundu.