“Sumqayıt” klubu ciddi itki ilə üzləşib
“Sumqayıt” futbol klubu ciddi itki ilə üzləşib.

Bir müddət bundan qabaq zədələnən əsas qapıçı Mehdi Cənnətovun durumu ürəkaçan deyil. Həkimlərin son müayinəsindən sonra məlum olub ki, M.Cənnətov sentyabr ayında ümumiyyətlə, meydançaya çıxa bilməyəcək.

O, ən yaxşı halda oktyabrın ilk həftəsində komandaya qoşula biləcək.

Xəbər 530 dəfə oxundu.