Azərbaycan şahmatçısı onlayn Avropa çempionatının qalibi olub
Azərbaycan şahmatçılarının da iştirak etdikləri onlayn Avropa birinciliyi başa çatıb.

12 yaşadək şahmatçılar arasında təmsilçimiz Cahandar Azadəliyev 8 xalla qitə çempionatının qalibi olub. Bu yaş qrupunda Xəqan Əhməd 6,5, Nərmin Abdinova 6, Lalə Hüseynova 5, Leyla Budaqova 4,5, Fərid Orucov 3 xal qazanıblar. On səkkiz yaşadək şahmatçılarımız arasında isə Ləman Hacıyeva 7 xalla üçüncü yeri tutub. Onun komanda yoldaşları Abdulla Qədimbəyli, Məhəmməd Muradlı 6, Sadiq Məmmədov 5,5, Gövhər Beydullayeva 6,5 və Ayan Allahverdiyeva 5 xal toplayıblar. Digər yaş qrupunda - on altı yaşadək şahmatçıların yarışlarında Əhməd Əhmədzadə 7, Aydın Süleymanlı 6,5, Səbinə Rzalı 6, Xəzər Babazadə 5,5, Mələk İsmayıl, Nəsrin Babayeva 5 xal əldə ediblər. On dörd yaşlı şahmatçıların mübarizəsində isə Read Səmədov 7 xalla 3-4-cü yerləri bölüşüb. Ümid Aslanov 5, Hüseyn Seyid 4, Səmra Qasımova, Aysel Cəfərova, Nazlı Hümbətova 5 xal toplayıblar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.

Xəbər 500 dəfə oxundu.