Türkiyə Superliqasının ikinci turuna start verilib
Bu gün futbol üzrə Türkiyə çempionatının ikinci turunun birinci qarşılaşmasında "Yeni Malatyaspor" doğma meydana "Göztəpə" ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə klublar hər biri bir qol vurmaqla heç-heçə ediblər.

Beləliklə, Türkiyə çempionatının ikinci turunun birinci qarşılaşmasında qalib müəyənləşməyib – 1:1.

Turun digər oyunları aşağıdakılardır:

"Gənclərbirliyi"-"Konyaspor"

"Dənizlispor"- "Trabzonspor"

"Alanyaspor"- "Kayserispor"

"Beşiktaş"- "Antalyaspor"

"Ərzurumspor"- "Sivasspor"

"Kasımpaşa"-"Rizəspor"

"Qaziantep"-"Fatih Karagümrük"

"Başakşəhər"-"Qalatasaray"

"Fənərbağça"-"Hatayspor".

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışacaq. İkinci turda "Ankaragücü" istirahət edir.

Xəbər 504 dəfə oxundu.