Millimizin voleybolçusu Macarıstan klubu ilə müqavilə imzalayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Bessonova karyerasını Macarıstanda davam etdirəcək.

21 yaşlı voleybolçu “Bekeşçaba” klubu ilə müqavilə imzalayıb. O, yeni komandası ilə bir mövsümlük anlaşıb.

Qeyd edək ki, voleybolçumuz iki ay əvvəl “Azərreyl”lə müqavilə imzalamışdı. Lakin avrokuboklarda oynamaqdan imtina edən Bakı klubu əksər oyunçuları ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Təmsilçimizlə anlaşmasını qarşılıqlı razılaşma ilə pozduqdan sonra voleybolçu Macarıstan variantına üstünlük verib.

Xəbər 540 dəfə oxundu.