Qızlar arasında “Futbol həftəsi” turnirində 20-dən çox komanda mübarizə aparır
Sentyabrın 14-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında qızlar arasında “Futbol həftəsi” turniri start götürüb.

Həm sağlam, həm də əqli imkanları məhdud idmançılar arasında keçirilən turnirdə 20-dən artıq komanda mübarizə aparır.

Yarışın yekununda fərqlənən komandalar kubok və medallarla təltif ediləcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilən turnir 2021-ci ildəki beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Xəbər 419 dəfə oxundu.