Millətlər Liqası: Türkiyə millisi növbəti dəfə qələbə qazana bilməyib | |
Sentyabrın 6-da futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turunun oyunlarına start verilib. Turun birinci oyun günündə A, B, C və D liqalarında 10 qarşılaşma baş tutub. İlk turda İspaniya ilə 1:1 hesablı heç-heçə edən Almaniya A liqasının 4-cü qrupunda İsveçrənin qonağı olub. Bundestim bu dəfə də qələbə qazana bilməyib. İspaniya isə evdə Ukrayna komandasını darmadağın edib - 4:0 B liqasının 3-cü qrupunda gözlənilmədən Macarıstana uduzan Türkiyə yığması səfərdə Serbiya seçməsi ilə üz-üzə gəlib. “Ay-ulduzlular” 49-cu dəqiqədən etibarən 1 nəfər azlıqda oynayan rəqibi ilə bacarmayıb - 0:0. Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: B Liqası (3-cü qrup) Macarıstan - Rusiya - 2:3. B liqası (4-cü qrup) Uels - Bolqarıstan - 1:0. C Liqası (3-cü qrup) Sloveniya - Moldova - 1:0. D Liqası (1-ci qrup) Andorra - Farer adaları - 0:1; Malta - Latviya - 1:1. |
|
Xəbər 592 dəfə oxundu. |
|
|