Azərbaycan millisi UEFA Millətlər Liqasında mübarizəyə başlayıb
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə başlayıb.

Millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığması ilə qarşılaşır.

Azərbaycan millisinin heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə, Namiq Ələsgərov, Mahir Emreli və Ramil Şeydayev çıxıblar.

Lüksemburq komandasının ilk onbirliyində isə Anthoni Moris, Vahid Selimoviç, Lars Gerson, Kristofer Martins, Gerson Rodriges, Vinsen Till, Dirk Karlson, Olivye Till, Leandro Barreyro, Laoren Yans və Mauritse Devill yer alıblar.

Matçı İngiltərədən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Kris Kavanaqdır. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edirlər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirir.

Qarşılaşmanın hakim-inspektoru Stefano Podeski (San-Marino), UEFA nümayəndəsi isə türkiyəli Metin Kazancıoğludur.

Görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanır.

Xəbər 748 dəfə oxundu.