Lüksemburq millisi Azərbaycan yığması ilə oyunu öncəsi ciddi itki ilə üzləşib
Futbol üzrə Lüksemburq millisi UEFA Millətlər Liqasının Azərbaycan yığması ilə oyunu öncəsi ciddi itkilərlə üzləşib.

Yığmanın aparıcı futbolçularından Vinsent Till Almaniyanın 3-cü liqa təmsilçisi “Saarbrükken”lə yoxlama oyununda (0:0) zədələnib.

İyirminci dəqiqədə meydanı tərk edən hücumameylli yarımmüdafiəçinin sentyabrın 5-də Bakıdakı görüşdə oynayıb-oynamayacağı sual altındadır.


Xəbər 709 dəfə oxundu.