Ümumdünya Şahmat Olimpiadası: Rusiya və Hindistan komandaları qızıl medal qazanıblar
Avqustun 30-da Ümumdünya Şahmat Olimpiadasının final oyunları keçirilib.

Finalda mübarizə aparan Rusiya və Hindistan komandaları birinci turu heç-heçə başa vurublar. İkinci turda internetdə problem yarandığı üçün Hindistanın iki şahmatçısı oyununu davam etdirə bilməyib.

Apelyasiya komissiyası “Chess.com”un verdiyi bütün dəlilləri və İnternetdən ayrılma ilə bağlı digər mənbələrdən toplanan məlumatları nəzərdən keçirib. Qərara alınıb ki, hər iki komanda qalib elan olunsun. Beləliklə, həm Rusiya, həm də Hindistan komandası birinci yerə layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan komandası dörddəbir final oyunlarında Polşa komandasına məğlub olaraq olimpiadada çıxışını dayandırıb.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.


Xəbər 591 dəfə oxundu.