Nərimanov rayonunda gənclər arasında mini-futbol turnirinin qalibləri mükafatlandırılıb
“Könüllülər ili” çərçivəsində gənclər arasında mini-futbol turniri keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışın açılışında könüllülüyün insanları, xüsusən gəncləri vətənpərvərlik, humanistlik və digər nəcib amallar ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinə töhfə verən ən uğurlu format olduğu qeyd edilib.

Bildirilib ki, könüllülük həm də vətənpərvərlik məktəbi, xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib. Ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.

Çıxışlardan sonra yarışa start verilib.

Turnirin iştirakçıları Nərimanov Rayon Gənclər və İdman İdarəsinin diplom, medal və kubokları ilə təltif olunublar.

Xəbər 768 dəfə oxundu.