Boksçularımız açıq havada məşqləri davam etdirirlər”
Boksçularımız açıq havada məşqlərə başlayıblar. Milli komanda üzvlərinin ümumi və fiziki hazırlığının artırılmasına xüsusi diqqət yetirilir. Yığma komanda Heydər Əliyev Mərkəzinin ərazisində və Dənizkənarı Milli Parkda məşq keçib.

Bu sözləri Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov açıqlamasında bildirib.

O deyib ki, Operativ Qərargahın qapalı məkanlarla bağlı qərarından sonra komandalar öz bazalarında təlim-məşq toplanışına başlayacaqlar. Təbii ki, uzun müddət təlim-məşqlərin keçirilməməsi, yarışların olmaması idmançıların hazırlığına təsir göstərib. Boks Olimpiya idman növüdür və mütəmadi olaraq məşqlərin keçirilməsi vacibdir. Məşqçilər çalışırlar ki, boksçuların hazırlığını lazımı səviyyəyə qaldırsınlar.

AZƏRTAC

Xəbər 856 dəfə oxundu.