Formula 1 Portuqaliya Qran-Prisi tamaşaçılarla keçirilə bilər | |
Oktyabrın 23-25-də keçiriləcək Formula 1 Portuqaliya Qran-Prisinin təşkilatçıları yarışı tamaşaçılarla təşkil etmək istədiklərini bildiriblər. Bu barədə yürüşün keçiriləcəyi “Alqarve” trasının direktoru Paulo Pineiro məlumat verib. O qeyd edib ki, Portemaodakı yürüşün tamaşaçılarla keçirilməsi koronavirus pandemiyasının vəziyyətindən asılı olacaq: “Portuqaliyada sentyabrın 30-dək idman yarışlarının tamaşaçı ilə keçirilməsi qadağan edilib. Bu qadağa uzadılmasa, yarışı azarkeşlərlə keçirməyə hazırıq. Qadağa qalsa, yarış boş tribunalarla keçiriləcək”. |
|
Xəbər 647 dəfə oxundu. |
|
|