Maksim Medvedev Azərbaycan çempionatında ən çox oyun keçirən futbolçudur | |
Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçunun adı açıqlanıb. Maksim Medvedev “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb. Onun sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb. Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın oyunçuları çoxluq təşkil edir. Ağdamlıların 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş” və “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib. Top “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var. Qeyd edək ki, ilk 10 sırada yer alanlardan yalnız M.Medvedev indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər. |
|
Xəbər 793 dəfə oxundu. |
|
|