“Mançester Yunayted”-“Sevilya” oyununun ən yaxşı futbolçusu müəyyənləşib | |
UEFA “Mançester Yunayted” (İngiltərə)-“Sevilya” (İspaniya) oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb. Bu ada “Sevilya”nın qapıçısı Yassin Bunu layiq görülüb. İyirmi doqquz yaşlı qapıçı komandasını bir necə real qoldan xilas edib. Həmin görüş “Sevilya” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, ispanlar növbəti mərhələdə “İnter” (İtaliya) - “Şaxtyor Donetsk” (Ukrayna) cütün qalibi ilə qarşılaşacaq. Həmin görüş avqustun 17-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Qeyd edək ki, UEFA Avropa Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Almaniyada oynanılır. |
|
Xəbər 692 dəfə oxundu. |
|
|