“Neftçi” öndə, “Qarabağ” bir addımlığında | |
Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümü sayca 29-cu ölkə çempionatı olacaq. Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 28 mövsümündən ikisi yaz-payız, digərləri payız-yaz sistemi ilə keçirilib. Biri başa çatmayan 28 mövsümdə ümumilikdə 60 komanda oynayıb. Qarşıdakı mövsümdə debütant olmayacağından bu rəqəm dəyişməyəcək. Altmış iştirakçıdan yalnız ikisi bütün çempionatlarda mübarizə aparıb. Bunlar “Neftçi” və “Qarabağ”dır. Ölkə çempionatları tarixinin ümumi cədvəlinə başçılıq edən bakılılar ötən mövsümün gedişində zirvəni əldən versə də, yenə Ağdam təmsilçisindən 1 xal öndə qərarlaşıblar. Üçüncü pillədə “Keşlə”, dördüncü sırada “Kəpəz”, beşinci yerdə isə “Turan” klubudur. |
|
Xəbər 809 dəfə oxundu. |
|
|