Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atılıb | |
Avqustun 12-də AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan çempionatının 2020-2021-ci il mövsümünün püşkün atılıb. Tədbir klub və KİV nümayəndələri üçün qapalı olub. Ötən mövsüm olduğu kimi, çempionat eyni 8 komandanın iştirakı ilə keçiriləcək. Premyer Liqanın birinci turunda “Qarabağ”–“Sabah”, “Neftçi”–“Səbail”, “Sumqayıt”-“Keşlə” və “Qəbələ”-“Zirə” görüşləri keçiriləcək. Qeyd edək ki, yeni mövsümə avqustun 21-də start veriləcək. |
|
Xəbər 711 dəfə oxundu. |
|
|