Ümumdünya Şahmat Olimpiadası: 3-cü divizionun oyunları davam edir | |
Avqustun 8-də Ümumdünya Şahmat Olimpiadasının 3-cü divizionunda ikinci yarış gününün oyunları keçirilib. Maraqlı mübarizə şəraitində keçən oyunlarda A qrupunda Sinqapur, Albaniya, B qrupunda Portuqaliya, C qrupunda Belçika, D qrupunda Boliviya, E qrupunda isə Meksika və Kosta-Rika liderliyi ələ alıblar. Qeyd edək ki, bu mərhələdə 50 komanda mübarizə aparır. Üçüncü divizionun oyunlarına sabah yekun vurulacaq. Xatırladaq ki, turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur. Olimpiada avqustun 30-dək davam edəcək. |
|
Xəbər 763 dəfə oxundu. |
|
|