Futbol klublarımız Qəbələdəki hazırlığı başa vurublar
Qəbələyə təlim-məşq toplanışına yollanan Azərbaycan Premyer Liqa təmsilçiləri hazırlığı başa vurublar.

“Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah”, “Səbail” Bakıya, “Sumqayıt” isə Sumqayıta qayıdıb. Təkcə “Qəbələ” hazırda eyniadlı şəhərdə hazırlığını davam etdirir.

Qeyd edək ki, Bakı və Sumqayıtda sərt karantin rejimi səbəbindən klublar Qəbələyə təlim-məşq toplanışına yollanmışdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın mümkün icazə qərarından sonra avrokubok təmsilçilərimiz də daxil olmaqla klublar hazırlığı öz meydanlarında keçirəcəyi gözlənilir.

Xəbər 827 dəfə oxundu.