İtaliya futbol çempionatının yeni mövsümünün başlayacağı vaxt açıqlanıb | |
Futbol üzrə İtaliya çempionatının 2020-2021-ci il mövsümünün başlayacağı tarix açıqlanıb. Yeni mövsüm sentyabrın 19-da start götürəcək. Çempionata mayın 23-də yekun vurulması nəzərdə tutulub. Yeni təqvimə əsasən, Milad bayramında - 3 yanvarda da matçlar təşkil olunacaq. Qeyd edək ki, A seriyasında koronavirusa görə martdan dayandırılan 2019-2020-ci il mövsümü 3 aydan sonra bərpa edilib və “Yuventus” çempionatın qalibi olub. |
|
Xəbər 584 dəfə oxundu. |
|
|