Milli komandamızın təlim-məşq toplanışının vaxtı müəyyənləşib | |
Futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Yığmamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi olacaq Alessandro Skayya İtaliya mətbuatına açıqlamasında UEFA Millətlər Liqasında Lüksemburqa qarşı oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın avqustun 28-də başlayacağını vurğulayıb. Mütəxəssis Azərbaycanda koronavirus pandemiyası ilə bağlı avqustun 5-dək məhdudiyyətlərin olduğunu qeyd edib. Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək. |
|
Xəbər 714 dəfə oxundu. |
|
|